Əsirlikdəki əsgərimizə baş çəkiblər

Əsirlikdəki əsgərimizə baş çəkiblər
  01 İyul 2013    Oxunub:1491
Erməni əsirliyində olan Azərbaycan əsgəri ailəsinə xəbər göndərib
Azərbaycan Ordusunun erməni əsirliyində olan əsgəri Fərəcov Firuz Mirzə oğluna baş çəkən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndələri əsirə onun ailəsindən məlumatlar çatdırıb və ondan da ailəsi üçün məlumat alıblar.

Bu barədə trend-ə BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Onun sözlərinə görə, başçəkmə iyunun 28-də baş tutub.

Xatırladaq ki, 1992-ci il təvəllüdlü əsgər Fərəcov Firuz Mirzə oğlu ötən ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələri tərəfindən əsir götürülüb.
Artıq Fərəcovun göndərdiyi məlumat onun valideynlərinə çatdırılıb. Əsirin məlumatı şifahi və ya yazılı formada göndərdiyi barədə hələlik heç bir məlumat verilmir.


Teqlər:





Xəbər lenti