Bilgəhdə əlillər üçün pansionat tikilir

Bilgəhdə əlillər üçün  pansionat tikilir
  11 İyul 2013    Oxunub:1969
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, əlilliyi olan şəxslərə müasir tələblərə uyğun şəraitdə bərpa-müalicə xidmətinin göstərilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzində və Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri aparılmaqdadır.
Ramana Gənc Əlillərin Əmək və İstirahət Evində isə əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, əlillərin peşə hazırlığının təşkili üçün münasib şərait yaradılır. El arasında Qocalar evi kimi tanınan Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda da əsaslı təmir işləri davam etdirilməklə, həmçinin pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunur. Cari ildə inşaat işlərinin başa çatdırılması nəzərdə tutulur. Əsaslı təmir və yeni korpusun istifadəyə verilməsindən sonra Pansionatda 300 nəfərə xidmət göstəriləcək.

AzVision.az





Teqlər:  





Xəbər lenti