“Abituriyent” jurnalının təqdimatı olub

“Abituriyent” jurnalının təqdimatı olub
  12 İyul 2013    Oxunub:1657
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 3-cü sayının təqdimatını keçirib.
AzVision.az xəbər verir ki, jurnalda abituriyentlər üçün ixtisas seçimi, müsabiqə qaydaları, elektron ərizənin doldurlma qaydaları və s. Haqda məlumatlar yer alıb.

Komissiyanın sədr müavini Namiq Babayev III ixtisas qrupu üzrə iyuliun 14-də keçiriləcək qəbul imtahanı ilə bağlı da məlumat verib.

O bildirib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada baş tutacaq:

“Bu il III qrup üzrə 28 939 abituriyent ərizə verib. Onlardan 26 776 nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus bölməsinin məzunlarıdır. Abituriyentlərin 7633 nəfəri oğlan, 21 306 nəfəri isə qızdır”.

Sədr müavini bildirib ki, ən yaşı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir. İmtahanın gedişini işıqlandırmaq üçün 70-ə yaxın kütləvi informaisya vasitəsi qeydiyyatdan keçib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək”.

İxtisas seçiminə gəlincə isə N.Babayev deyib ki, bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra, avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti