Morninqstar nədən qorxdu?

Morninqstar nədən qorxdu?
  12 İyul 2013    Oxunub:1127
ABŞ ATƏT-in Minsk qrupunda fəaliyyətini artıracaq və əlindən gələni edəcək ki, Dağlıq Qarabağ münaqişəsinin yekun həlli imkanlarını artırsın.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Minsk Qrupunun həmsədrləri və erməni həmkarı Edvard Nalbandyanla Vyanada keçiriləcək görüşünü şərh edərkən bildirib.

Səfir həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqı üçün ağrılı-acılı və önəmli bir problemdir.

Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistan parlamentində Xocalı soyqırımı ilə bağlı çıxışından sonra üzləşdiyi təhdid və təqibləri barədə fikirlərini bölüşən R.Morninqstar bu məsələdən xəbərdar olduğunu bildirib:

“Mənim vəzifəmi nəzərə alaraq, bu məsələ ilə bağlı hər hansı şərh verməməyim daha yaxşı olardı. Bu məsələnin Moldova, Ermənistan və Azərbaycan arasında həll olunması daha məqsədəuyğun olardı”. (apa)


Teqlər:  





Xəbər lenti