Kennedinin qızı səfir olacaq

Kennedinin qızı səfir olacaq
  25 İyul 2013    Oxunub:1247
Prezident Barak Obama ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qızı Kerolayn Kennedini ABŞ-ın Yaponiyadakı səfiri vəzifəsinə təqdim edib.
AzVision.az məlumat verir ki, onun namizədliyi iyulun 24-də Senatın müzakirəsinə verilib.

Xatırladaq ki, Kerolayn - Con və Jaklin Kennedinin qızı, Amerikanın Britaniyadakı səfiri Cozef Kennedinin nəvəsidir. İxtisasca vəkil olan 55 yaşlı K.Kennedi bir neçə kitabın müəllifi və bir sıra xeyriyyə təşkilatının rəhbəridir. 2008-ci ildə Barak Obama prezident seçilərkən seçkiqabağı kampaniyada onu dəstəkləyib. K.Kennedi heç vaxt dövlət vəzifəsi tutmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti