Ermənistanı bürüyən etiraz dalğası - FOTOLAR, VİDEO

Ermənistanı bürüyən etiraz dalğası - FOTOLAR, VİDEO
  25 İyul 2013    Oxunub:1774
Adamlar ictimai nəqliyyatda gediş haqlarının 100 dramdan 150 drama qaldırılmasına etiraz edirlər.
Ermənistanda ictimai nəqliyyatda gediş haqlarının artmasına etirazlar davam edir. Bu gün keçirilən aksiyada iştirakçılar polisin mühasirəsini yararaq meriya binasının əsas girişinə yol tapıb.

Aksiya çərçivəsində iştirakçılar Yerevan merinə üzərində 50 dram və “yeyin, partlayın...” sözləri yazılmış tort verməyə çalışıblar. Lakin polis iştirakçılara binaya girməyə imkan verməyib. Lakin sonda tort merə göndərilib. Onu içəri keçirən ağsaqqallar şurasında “Salam Yerevan” blokunun üzvü David Sanasaryan keçirib. Bundan sonra iştirakçılar “ 100 dram ödə” aksiyalarını davam etdirmək üçün paytaxtın müxtəlif yerlərindəki avtobus dayanacaqlarına üz tutublar. Etirazçılar nümayişləri nəqliyyatda qiymətlərə yenidən baxılmayana qədər davam etdirəcəklərini bildiriblər. Polis ictimai asayişi pozanlardan bir neçəsini saxlayıb.

Qeyd edək ki, aksiyalar 6 gündür davam edir.

Səbinə Həsənova
Azvision.az

Qalereya




Teqlər:  





Xəbər lenti