`Müəllimlərə ev verilməsi müzakirə olunmur`

`Müəllimlərə ev verilməsi müzakirə olunmur`
  25 İyul 2013    Oxunub:1167
Lisey və gimnaziyalara şagird qəbulu ilə əlaqədar ümumi qaydalar hazırlanır
Dövlət tərəfindən tikilib jurnalistlərə mənzil paylanıldığı kimi, müəllimlərə də mənzillərin verilməsi gündəmə gəldi. Lakin, Təhsil Nazirliyi isə bu məsələnin hazırda müzakirə olunmadığını bildirib. AzVision.az xəbər verir ki, Nazirliyin facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bu barədə qeyd olunub və müəllimlərə ev verilməsinin müzakirə olunmadığı bildirilib.

Vətəndaşların digər suallarını cavablandıran Təhsil Nazirliyi bildirib ki, lisey və gimnaziyalara şagird qəbulu ilə əlaqədar ümumi qaydalar hazırlanır və hesab edirik ki, növbəti illərdə valideynlərin narahatlığına səbəb olan hallar baş verməyəcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti