Xalq şairi Zəlimxan Yaqubun 13 cildlik əsərləri külliyyatının sonuncu – 13-cü cildi bu günlərdə nəşr olunub. Çoxcildliyi tərtib edən və redaktoru Musa Nəbioğludur. O bildirib ki, ilk 7 cilddə şairin müxtəlif mövzularda şeirləri, VII-XI cildlərdə 40 poeması, XII-XIII cildlərdə isə Zəlimxan Yaqubun görkəmli ictimai-siyasi və dövlət xadimlərinə müraciətləri, məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları və müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, görkəmli ədəbiyyat və sənət adamlarına açıq məktubları, onlar haqqında xatirələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı ön söz və rəylər, ozan-aşıq sənəti ilə bağlı fikirləri və ictimai-siyasi həyatımızın digər sahələrinə həsr olunmuş aktual yazıları toplanıb.
Çoxcildlik “Şərq-qərb” nəşriyyatında böyük zövqlə, nəfis tərtibatda nəşr olunub.