Nicat Dağlar bu gecə Almaniyaya yola düşür

 Nicat Dağlar bu gecə Almaniyaya yola düşür
  26 İyul 2013    Oxunub:1201
Jurnalist müalicəsini Almaniyada davam etdirəcək
AzVision.az xəbər verir ki, son günlər səhhətində ciddi problemlər yaşayan tanınmış jurnalist Nicat Dağlar bu gecə saat 1-də Almaniyaya müalicə üçün yola düşəcək. Jurnalisti hazırda həmkarları Heydər Əliyev adına Hava limanına aparırlar.

Qeyd edək ki, leykoz xəstəliyindən əziyyət çəkən jurnalistin müalicəsi ilə bağlı həmkarları prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya müraciət etmişdilər. Prezident İlham Əliyev səhhətində ciddi problemlər yaşayan tanınmış jurnalist Nicat Dağların müalicəsinə lazım olan bütün xərcləri öz üzərinə götürüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti