Misirdə vəziyyət yenidən gərginləşdi

Misirdə vəziyyət yenidən gərginləşdi
  27 İyul 2013    Oxunub:1151
Misirin paytaxtı Qahirədə yenidən etiraz baş qaldırıb.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, hakimiyyətdən devrilmiş Misir prezidenti Məhəmməd Mursi tərəfdarları Qahirədə etiraz ediblər. Onlar məsciddə toplanıblar. Şahidlərin sözlərinə görə, onların arasında qadınlar və uşaqlar da vardır.

Gecə yarısı Mursi tərəfdarları ilə müxalifət arasında şiddətli qarşıdurma baş verib. Nəticədə 16 nəfər ölüb və bir neçə nəfər yaralanıb. Digər mənbəyə görə 31 nəfər ölüb. “Müsəlman Qardaşlar”ın sözçüsünün məlumatına görə təxminən 175 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti