Bundan sonra ölkənin Hərbi-Dəniz Qüvvələri xarici şirkətlərə sifariş verməyəcək
Türkiyə hərbi sənaye sahələrini inkişaf etdirməkdə davam edir. Artıq Türkiyə gəmi, tank və təyyarə və s. ilə bərabər, yeni hərbi təyinatlı döyüş gəmilərinin istehsalına start verib. Bundan sonra Türkiyə hərbi firmaları Türkiyə Hərbi-Dəniz Qüvvələri Komandanlığının ehtiyac duyduğu döyüş gəmilərini özləri istehsal edəcək.
Qeyd edək ki, xüsusi olaraq istehsal ediləcək döyüş gəmilərinin radarlarını “Aselsan” və “Havelsan”, silahlarını isə “Raketsan” firması təmin edəcək.