Misirdə gərginlik davam edir

Misirdə gərginlik davam edir
  29 İyul 2013    Oxunub:1236
Misirdə devrilmiş prezident Məhəmməd Mürsinin tərəfdarları Daxili İşlər Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, etiraz aksiyalarını davam etdirəcəklər.
Paytaxt Qahirədə iki gün əvvəl 72 Mürsi tərəfdarının qətlə yetirilməsindən sonra, Nazirlik "Ədəviyyə Meydanı"nı tez bir zamanda boşaldacaqlarını bəyan etmişdi. "Müsəlman Qardaşları" hərəkatının liderləri isə bildirib ki, nümayişçilərə atəş açan şəxslər mülki geyimli polislər olub. Hökumət bu yolla həm etirazçıları qorxudur, həm də məsuliyyəti üzərindən atmağa çalışır.

Lakin hökumət və həkimlər deyilənləri təkzib edir. Bildirilir ki, xəstəxanlara gətirilən xəstələrdə güllə yaralarına rast gəlinməyib. Qeyd edək ki, "Müsəlman Qardaşları" hərəkatının mübarizəni sonadək davam etdirəcəyi ilə bağlı bəyanatları paytaxda toplanan Mürsi tərəfdarlarını ruhlandırıb. Hərbiçilər isə ehtiyatı əldən verməmək üçün bütün strsteji obyektlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

AzVision.az


Teqlər:





Xəbər lenti