Azərbaycan kinosuna daha bir itki

Azərbaycan kinosuna daha bir itki
  01 Avqust 2013    Oxunub:1396
Kinorejissor, əməkdar incəsənət xadimi Ələkbər Muradov vəfat edib.
AzVision.az-a bu barədə mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, Ələkbər Yunus oğlu Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft Kimya İnstitutunda, daha sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. 40-dan çox filmdə rejissor, operator olub.

Ələkbər Muradov "Güllələnmə təxirə salınır", "Qərib cinlər diyarında", "Qorxma, mən səninləyəm", "Mən mahnı qoşuram" məşhur filmlərinin, eləcə də, onlarla digər ekran əsərinin rejissoru olub.

"Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləyib.

Allah rəhmət etsin!

AzVision.az


Teqlər:  





Xəbər lenti