ABŞ İrana sanksiya qoydu

ABŞ İrana sanksiya qoydu
  01 Avqust 2013    Oxunub:1261
ABŞ Konqresinin Nümayəndələr palatası İrana qarşı yeni sərt iqtisadi sanksiya tətbiq edib.
AzVision.az məlumat verir ki, sənəd 400 Konqresmen tərəfindən dəstəklənib. 20 Konqres üzvü isə sanksiyaya qarşı çıxıb.

Qanun layihəsinə görə, İrandan neft idxalına yeni baryerlər tətbiq olunacaq. Eyni zamanda, 2015-ci il dünya bazarında İran neftinin satışının qarşısının tamamilə alınması nəzərdə tutulur. Bundan başqa, ABŞ İran şirkətlərinin “qara siyahısı”nın genişləndirilməsi, həmçinin xarici ölkələrdəki İran vətəndaşlarının bank hesablarına girişinin məhdudlaşdırılması məsələsini də nəzərə alacaq.

Sənəd imzalanmaq üçün prezidentə göndərilməzdən əvvəl senat tərəfindən qəbul edilməlidir. 2010-cu ilin iyunundan Konqres İrana qarşı sanksiyaları dörd dəfə sərtləşdirib. Bu addımı atmaqda ABŞ-ın əsas məqsədi İran rəhbərliyinə təzyiqi gücləndirməklə onu nüvə silahı yaratmaqdan çəkindirməkdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti