“Axınla üzü aşağı” filminin çəkilişi başa çatıb

“Axınla üzü aşağı”  filminin çəkilişi başa çatıb
  01 Avqust 2013    Oxunub:1488
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında "Axınla üzü aşağı" bədii filminin çəkilişləri başa çatıb.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, oktyabr ayında filmin premyerası keçiriləcək.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov və icraçı prodüseri Nadir Əliyevdir.

Ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar.


Teqlər:





Xəbər lenti