“Mahmud və Məryəm”in təqdimat tarixi müəyyənləşməyib

“Mahmud və Məryəm”in təqdimat tarixi müəyyənləşməyib
  01 Avqust 2013    Oxunub:2342
Xalq yazıçısı Elçin Əfəndiyevin “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyniadlı filmin təqdimatı sentyabrda olacaq.
Bu barədə AzVision.az-a C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib. Onun sözlərinə görə, təqdimat sentyabr ayına planlaşdırılsa da, dəqiq vaxtı müəyyənləşməyib:

“Hələ ki, vaxt dəqiq deyil. Çünki, təqimata filmdə rol alan türkiyəli aktyorlar da qatılacaq. Buna görə də təqdimat onların iş qrafikinə uyğunlaşdırılıb, məyyənləşəcək”.

M.Hətəmov qeyd edib ki, ən gec avqustun 20-dən sonra dəqiq vaxt ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, “Mahmud və Məryəm” Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir. Film romantik, dram janrında çəkilib. Filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Kayğısızdır. Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Çəkilişlərə Şəki şəhərində start verilən ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıblar.
Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti