Rusiya kəşfiyyatı Azərbaycana qarşı təxribatın üstünü açıb - VİDEO

Rusiya kəşfiyyatı Azərbaycana qarşı təxribatın üstünü açıb - VİDEO
  02 Avqust 2013    Oxunub:2153
Litvalı analitiklər bu fikirdədirlər.
Məlumat üçün qeyd edək ki, bu il iyulun 8-də “YouTube” video xidmətinə iki Litva diplomatının aprelin 4-də saat 12:50 radələrində qeydə alınmış telefon yazısı yüklənilib. Söhbətin “Şərq Tərəfdaşlığı” proqramının siyasət departamentin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini iddia olunur.

Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər, Litva parlamentində “Dağlıq Qarabağ ilə dostluq qrupunun” yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər.

Həmsöhbətlər danışıq zamanı Azərbaycan-Ermənistan münasibətləri haqqında şəxsi fikirlərini müzakirə edərək ermənipərəst mövqedən çıxış ediblər.

Litvanın Macarıstandakı diplomatı Renatas Yuşka telefon söhbətində Dağlıq Qarabağın Artsax adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib:

“Ermənilərə rəhbərlik edənləri dəstəkləyirəm. Onlar da bizim kimi xristiandır və Stalin rejiminin qurbanlarıdırlar. Onların da torpaqları bizim torpaqlarımız kimi bölüşdürülüb. Mən onları dəstəkləyirəm”.

Yuşkanın həm söhbəti isə deyib: “Həm dinimiz birdir, həm də ermənilər bizə daha yaxındır. Bir neçə həftədir ki, bura gələn həmin azərbaycanlı və erməni ilə hansı ölkəni – Ermənistanı, yoxsa Azərbaycanı dəstəkləyəcəyimizi müzakirə edirdik”.

Qeyd edək ki, diplomatlar Türmənistanı da hədələyiblər. Bu ölkəni müzakirə edənlərdən iki nəfərdən birinin Litvanın Azərbaycandakı səfiri Arturas Zurauskas olduğu bildirilir. Söhbət zamanı qarşı tərəf səfirdən Türkmənistanla əlaqələri barədə soruşur və ölkəyə investisiya yatırmağı təklif edir.

Bütün lent yazıları ingilis dilində subtitrlə verilib.

Bu gün isə bir sıra analitiklər litvalı diplomatların telefon söhbətlərinin mətbuata sızmasında Rusiyanın əli olduğunu iddia edirlər. Litvalı analitik Meriyus Maliutevisius iddia edir ki, burada maraqlı olan konkret tərəflər var. O, Rusiyanın məsələdə xüsusi marağının olduğunu vurğulayıb:

“Aydındır ki, bu Rusiya xüsusi xidmət orqanlarının işidir. Burada KQB izləri aydın görünür. Rusiya xüsusi xidmət orqanları əvvəllərdə də bu kimi üsullardan istifadə edib. Rusiya izi itirmək üçün telefon danışığının tərcüməsini rus dilində deyil ingiliscə subtitrlarla verib.

Litvanın Macarıstandakı səfiri Leriyus Yuşka da məsələdə Rusiyanın əli olduğunu bildirib: “Aydındır ki, bu təxribat Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib və materiallar rus jurnalistlərə göndərilib. Əvvəllər də belə olub, sadəcə texnologiya dəyişib. Əgər əvvəllər bu cür materiallar televiziyada yayımlanırdısa, indi “Youtube”a yerləşdilir”.

Qeyd edək ki, ötən gün məsələyə münasibət bildirən Litvanın xarici işlər naziri Linas Linkyaviçyus Litvalı diplomatların telefon danışıqlarının internetdə yerləşdirilən lent yazılarını təxribat adlandırıb. Nazir deyib:

" Çərşənbə günü XİN-in baş müfəttişinə bu insidenti araşdırmaq tapşırığı vermişəm. Litvalı diplomatların telefon danışıqlarının internetdə yerləşdirilən lent yazıları təxribatdır. Bu danışıqlarının Litvanın rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur. Lakin yenə də, baş verənləri inkar edə bilmərik, qeyd etdiyim kimi araşdırmaya ehtiyac var”.

Xarici işlər naziri danışıqlarda montaj variantını da istisna etməyib.

Litvanın Azərbaycandakı səfirliyindən isə bu fakta münasibət bildirməkdən imtina ediblər. Səfirlik bu cür xəbərləri təxribat adlandırıb.

Səbinə Həsənova
AzVİsion.az







Teqlər:  





Xəbər lenti