Ermənistan da Türkiyəyə nota göndərdi

Ermənistan da Türkiyəyə nota göndərdi
  02 Avqust 2013    Oxunub:1482
Ermənistanın Xarici İşlər Nazirliyi türk çobanın qətli ilə bağlı Türkiyəyə cavab notası göndərib.
Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistan sərhədini keçən çobanın qətli ilə bağlı mövqeyini açıqlamasından sonra, Ermənistan XİN-i avqustun 1-də qarşı tərəfə nota göndərib.

Notada insidentlə bağlı təəssüfləndiyini ifadə edən Ermənistan tərəfi bu kimi halların bir daha təkrarlanmayacağına ümid etdiyini bildirib.

Ermənistan mətbuatının yadığı xəbərlərdə iddia olunur ki, bir müddət əvvəl yaralı halda olan çoban 35 yaşlı çoban Mustafa Ülkər, Ermmənistan-Türkiyə sərhəddində Rusiya sərhədçilərinə atəş açıb, daha sonra sərhədləri pozaraq Ermənistana daxil olmağa cəhd edib. Rusiyalı sərhədçilərin açdığı cavab atəşi nəticəsində Mustafa Ülkər yaralanıb.

Türkiyə mətbuatı isə yazır ki, Mustafa Ülkərin qoyunları sərhəddin Ermənistan tərəfinə keçdiyinə görə onaların qaytarmaq üçün gedib, nənicədə qarşı tərəfdən açılan atəş nəticəsində yaralanıb və bir müddət sonra həyatını itirib.

S. Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti