Berluskoniyə 4 illik həbs cəzası

Berluskoniyə 4 illik həbs cəzası
  03 Avqust 2013    Oxunub:1312
Bu günə qədər barəsində mafiyayla əməkdaşlıq, rüşvət və vergidən yayınma iddiaları ilə onlarla cinayət işi açılan eks baş nazir Silvio Berluskoni ilk həbs cəzasına məhkum edilib.
AzVision.az dünya mətbuatına istinadən xəbər verir ki, vergi qaçaqmalçılığında ittiham olunan Berluskoni haqqında 4 illik həbs qərarı Ali Məhkəmə tərəfindən təsdiq olunub. Ancaq 2006-cı ildə qəbul edilən amnistiya haqqında qanuna əsasən, bu müddət 12 aya endirilib.

Berluskoninin bu 1 ili də həbsdə keçirəcəyi gözlənilmir. İtaliyada 70 yaşdan yuxarı məhkumların həbs cəzası ev həbsinə ya da icbari ictimai əməklə əvəzlənir. Eks baş nazirin də ev həbsi tələbi ilə appelyasiya şikayəti verəcəyi gözlənilir.





Teqlər:  





Xəbər lenti