Tunisdə yeni inqilab başlayır

Tunisdə yeni inqilab başlayır
  07 Avqust 2013    Oxunub:1194
Tunisdə 40 min etirazçı küçələrə çıxaraq hökumətin istefasını tələb ediblər.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, etiraz iki həftə əvvəl tunisli siyasətçi Məhəmməd Brahminin ölümünə görə baş qaldırmış etirazdan sonra daha böyükdür.

Əvvəl bildirilmişdi ki, Tunis parlamenti naməlum müddətədək fəaliyyətini dayandırıb və yeni konstitusiya hazırlanır.

Qeyd edək ki, etirazlar ölkənin paytaxtı Tunis şəhərinin küçələrində baş verib. Tunis Əmək Birliyi 600 min üzvünü nümayişə qoşulmağa çağırıb. Bardo meydanında toplanan etirazçılar “rejimin dağılmasını istəyirik” – deyə şüarlar səsləndiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti