Quş qripi insandan-insana keçir

Quş qripi insandan-insana keçir
  07 Avqust 2013    Oxunub:1247
Çində ilk dəfə quş qripi virusu insandan-insana keçib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Britaniyanın “Medical” jurnalında yazılanlara görə, 32 yaşlı qadın xəstə atasına qulluq etdikdən sonra bu virusa yoluxub. Sonra onların hər ikisi ölüb.

Qeyd edək ki, bundan əvvəl “H7N9” virusuna birbaşa quşlarla təmasda olduqdan sonra insanların bu virusa yoluxması barədə dəlilərdən başqası olmayıb. Ekspertlər bildiriblər ki, bu, virusun insandan-insana asanlıqla keçməsi demək deyil.

İyunun 30-dək Çinin şərqində “H7N9” virusuna yoluxmuş 133 nəfər var idi. Xatırladaq ki, onların 43-ü ölüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti