Şüur bizi başqa canlılardan üstün edirmi?

Şüur bizi başqa canlılardan üstün edirmi?
  26 Noyabr 2016    Oxunub:10163
Taryel Abdullayev

Ən primitiv beyinlərə nümunə kimi qanqliləri göstərə bilərik. Çünki bunlar, sadəcə, sinir hüceyrələrinin qruplaşmış hallarıdır və bir beynin ən az inkişaf etmiş quruluşu şəklində öz vəzifələrini həyata keçirirlər.


Qanqililər, məsələn, yastı soxulcanlarda müşahidə edilir. Başın formalaşmasıyla (cephalization) birlikdə bu strukturların getdikcə inkişaf edərək, bu gün "beyin" dediyimiz orqana çevrildiyi bilinir. Mövzuyla əlaqədar detallı məlumatı bu mənbədən tapa bilərsiniz.

Mövzuya bir az dərindən baxsaq, şüurun təkamülü ilə beynin təkamülü arasında yaxın əlaqə olduğunu görərik. Aparılan araşdırmalar, bəzi şimpanzelərin və oranqutanların olduqca yüksək IQ səviyyələrinə sahib olduğunu göstərir. Bu mövzuyla əlaqədar da məlumatları aşağıdakı BURADAN, BURADANBURADAN oxuya bilərsiniz.

Ümumi olaraq, bir oranqutan və ya şimpanzenin insan miqyasında 16-20 arası İQ-sü olduğu bilinir. İnsan üçün isə 100 bal "normal" olaraq qəbul edilir. Yəni meymunların da müəyyən bir səviyyədə zəkası var.

Oxşar testlər fərqli heyvanlarda da edilib və bu canlılarda da müəyyən İQ səviyyələri müşahidə olunub. Heyvan davranışları mütəxəssisi olan Edward O.Wilsonun (https://azvision.az/redirect.php?url=http://en.wikipedia.org/wiki/E._O._Wilson) apardığı təcrübəyə görə, insandan sonra ən yüksək İQ-yə sahib olan canlılar aşağıdakı kimi təsnif edilib:

1) Şimpanze (iki növü)
2) Qorilla
3) Oranqutan
4) Babuin (7 fərqli növü)
5) Gibbon (7 növü)
6) Meymun (Makaklar və digərləri)
7) Kiçik dişli balina (qatil balina da daxil olmaqla)
8) Delfin (8 fərqli növ)
9) Fil (2 növ)
10) Donuz


Heyvan İQləri üzərində aparılan bir başqa araşdırmaya da BURADAN baxa bilərsiniz.

Beləliklə, hər heyvanın müəyyən bir səviyyədə zəkası var. Ancaq insan, bunlardan açıq bir şəkildə irəlidədir. Lakin bu, o demək deyil ki, biz onlardan "üstünük". Biz, yalnızca zəka mövzusunda özünü inkişaf etdirmiş bir canlı növüyük. Bunun xaricində bir ayı kimi pəncələrimiz, bir dovşan kimi qıçlarımız, bir hepard kimi sürətimiz, bir kəpənək qədər gözəl rəngimiz, bir köpək balığı kimi həssas burnumuz yoxdur. Onlara nisbətən, beynimiz daha inkişaf edib və bu an ətrafımızda gördüyümüz hər şey bu inkişafın məhsuludur.

İnsan şüurunun təkamülü zəkanın təkamülüylə paralel baş verib. Beyin böyüyüb, sinir düyünlərinin sayı artdıqca, duyğu orqanlarından alınan məlumatların işlənməsi asanlaşıb fərqliləşib. Əvvəllər bizə mənasız gələn nöqtələr məna qazanıb.



Bunun səbəbi nədir?

Bunun səbəbi, beyində reallaşan biokimyəvi reaksiyalardır. Bizim "düşüncə" dediyimiz varlıq da, bu reaksiyalardan artıq bir şey deyil. Bizim fikrimizcə, təbiətdə heç bir canlı, xüsusilə də heyvan, şüursuz hərəkət edə bilməz. Çünki az, ya da çox inkişaf etmiş bir duyğu orqanları zənciri və sinir sistemi var. Buna görə də, İQ səviyyəsi bizim ölçməyimizlə 1 bal belə olsa, o, öz zəkası sərhədləri daxilində şüurlu hərəkət edir. Ancaq bu zəka sərhədləri elə dardır ki, bizim kimi daha yüksək zəkaya sahib növlər tərəfindən araşdırıldığı zaman "avtomatik hərəkətlərə bağlanmış", ya da "proqramlaşdırılmış" hərəkət müşahidə edilir. Ancaq bunun doğru olmadığını düşünürük. Tək problem, bizim onların IQ səviyyəsində düşünə bilməməyimiz və buna görə də onların etdiyi hərəkətlərin bizə instinktiv gəlməsidir.

Yaxşı, bəs biz hərəkətlərimizdə azadıqmı? Bəli, bu anda Dünyadakı ən yüksək İQ-yə sahib canlılar bizik. Amma madam ki, biz, bizdən aşağı İQ-lü canlılara baxdıqda "avtomatik" və "instinktiv" hərəkətlər görürük, görəsən bizdən çox daha ağıllı bir varlıq olsaydı, bizi eyni şəkildə görərdimi?

Aydındır ki, bu suala, gündəlik həyatlarımızı düşünsək və ya dəli, yaxud, qeyri-adi insanların həyatlarını göz önünə gətirsək, cavab verməyimiz çox da çətin olmaz. Hamımız bənzər həyatlar yaşayırıq, hekayələr fərqli olsa da. Gündəlik həyatınızı gözdən keçirin. Nə qədər adi kimi görünür-görünsün, yaşadıqlarımız bizim üçün qiymətlidir. Halbuki, digər canlı üçün bizim əməllərimiz və həyatımız heç bir məna ifadə etməyə və bütün davranışlarımız, bizdən çox daha ağıllı bir heyvana (əgər var olsaydı) "avtomatik" və ya "instinktiv" gələ bilərdi.

Buna görə də, bütün heyvanlar, çox diqqətli bir şəkildə bioloji tərəfdən canlıların davranışlarını "İQ səviyyəsində" incələməlidir. Bu çür incələndiyi zaman görüləcək ki, əslində hər heyvanın bir şüur səviyyəsi var. Tək problem, bizdən aşağı İQ-lü heyvanların zəka səviyyələrinin onlara qəbul etdirdiyi elastikliyin, bizim zəkamızın bizə qazandırdığı elastikliklə müqayisə edilməyəcək qədər məhdud olmasıdır.

Qərarlarımızın azad olub-olmadığı ayrı bir müzakirə mövzusudur. Çünki beynimizdəki hər "qərar" və "düşüncə", duyğu orqanlarımız vasitəsilə aldığımız kimyəvi və fiziki reaksiyaların beyində tətiklədiyi biokimyəvi reaksiyalardan ibarətdir. Əslində bizlər "qərar" verimirik. Beyində bizim fəaliyyət göstərməyimiz üçün bəzi reaksiyalar gedir (cascade) və bunun nəticəsində də ifraz olunan kimyəvi maddələr, yenə beynimiz tərəfindən "düşüncə" olaraq qəbul edilir. Ancaq ortada "yaradılmış" heç bir şey yoxdur. Hər şey qəbul etməyimizdən ibarətdir.


Teqlər:  





Xəbər lenti