Azərbaycanın nüvə gələcəyi: Nəyimiz var, nə yaradırıq? – MÜSAHİBƏ

Azərbaycanın nüvə gələcəyi: Nəyimiz var, nə yaradırıq? – MÜSAHİBƏ
  22 Dekabr 2016    Oxunub:26903
Milli Nüvə Tədqiqatları Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin nüvə elmləri və texnologiyaları, onların kadr potensialının inkişafı məqsədilə imzaladığı 8 may 2014-cü il tarixli sərəncamı ilə yaradılıb. Bu tarixi sərəncam ilə Azərbaycanda nüvə elmlərinin, nüvə və radiasiya texnologiyalarının inkişafının yeni mərhələsinin əsası qoyuldu.

Adil Qəribov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatlari Mərkəzinin (MNTM) sədridir. O, AzVision.az-a müsahibəsində Milli Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyətindən, ölkəmizin bu sahədə atdığı addımlardan, hədəf və planlardan danışıb.

- Universiteti bitirdikdən sonra radiasiya tədqiqatları üzrə aspiranturaya qəbul olundum. Bu sahə mənim arzum olub. Hələ orta məktəbdə oxudum illərdə nüvə sahəsini sevirdim. 2001-ci ildə mən bu sektora rəhbərlik etməyə başlayanda dağılmış bir struktur var idi. O dövrlərdə büdcə vəsaitlərinin elmə ayrılmasında çətinliklər yaşanırdı.

Həmin vaxt mənim yeganə çıxış yolum beynəlxalq qrantlar və layihələr idi. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE), NATO-nun, Amerika Birləşmiş Ştatlarının Energetika Nazirliyinin xüsusi Nüvə Radiasiyasi Təhlükəsizliyi üzrə Fondların layihələri vardı. Qrantları aldıq və radiasiya problemləri sektorunu 2002-ci ildə tamamilə yeni formatda bir İnstituta çevirdik.

Nüvə tədqiqatları hər bir ölkə üçün vacibdir. Bütün dünyada nüvə sahəsi sanki ölkənin hərbi qüdrətinin bir göstəricisidir. Məsələn, görürük ki, Pakistan kimi bir müsəlman ölkəsi necə qürurlu və sabit qalıb. Çünki sahib olduqları nüvə başlıqları onları müdafiə edir. Niyə Azərbaycan da nüvə ölkəsi olmasın, niyə bizim ölkəmizdə də nüvə texnologiyaları inkişaf etməsin?!

Həmin illərdən bəri çalışırdım ki, Azərbaycanda da Nüvə Reaktoru yaradılsın. 2006-cı ildən bəri mən bir neçə dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və müvafiq qurumlara müraciət etdim. Bildirdim ki, belə bir lahiyə hazırlamaq isəyirik. MAQATE-yə müraciət etdim ki, belə layihənin icrası üçün bizə icazə və imkan versinlər.

2009-cu ildə Radiasiya Problemləri İnstitutunda Azərbaycanda Tədqiqat-Nüvə Reaktorunun yaradılması haqqında bir layihə icra etməyə başladıq. Bu layihə çərçivəsində mən gənc mütəxəssisləri dünyanın müxtəlif nüvə ölkələrinə göndərdim. 2011-ci ildə bu sahə üzrə artıq 15-ə yaxın yüksək ixtisaslı gənc kadrımız var idi.



2014-cü ilin 8 may tarixində Cənab Prezidentin 442 saylı sərəncamı ilə Respublikamızda nüvə elmlərinin inkişafı, nüvə texnologiyalarının tətbiqi və Azərbaycanın milli mənafelərinə uyğun olaraq onlardan bəhrələnmək məqsədilə Milli Nüvə Tədqiqatları Mərkəzi yaradıldı. Azərbaycanın yaxın 10-15 ilə olan nüvə proqramı bu qurumun yaradılması haqqındakı sərəncamda tamamilə şərh olunub. Həmin ilin iyun ayında Prezidentimizin sərəncamı ilə mən Milli Nüvə Mərkəzinə sədr təyin olundum.

Milli Nüvə Mərkəzi ilk vaxtlar AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə bir yerdə çalışırdı. Sonra bizim üçün ayrılmış yerdə binamız açıldı. Həmin ərazidə sterilizasiya məqsədli güclü Qamma Şüalanma Kompleksi, kiçik Laboratoriya Korpusu tikildi. Həmin tikililər istifadəyə verildikdən sonra biz Akademiyadan ayrıldıq. Təxminən 75-76 nəfəlik bir kollektivlə Milli Nüvə Mərkəzində işləməyə başladıq.

Milli Nüvə Mərkəzinin məqsədi nüvə elmləri sahəsində ən müasir layihələrdə iştirak etmək, qabacıl sahələrdə elmi tədqiqatlar aparmaqdır. Müxtəlif ölkələrin Nüvə Mərkəzləri ilə müqavilələr bağlamışdıq və onlarla birlikdə tədqiqatlar aparırıq. Bununla yanaşı, Azərbaycandakı quruğunun işə salınması istiqamətində ciddi işlər aparılır.

- Bu gün bizim nəyimiz var?

- Bu gün bizim çox böyük bir Qamma Şüalanma Kompleksimiz var. Bu kompleksdə biz müxtəlif tibbi ləvazimatların sterilizasiyasını apara bilərik. Xaricdən Azərbaycana külli miqdarda qida maddələri gətirilir. Həmin qida maddələrinin çox hissəsində sterilizasiya aparılmır, aparılanda isə qalıq effekti yaranır, zəhərlənmə və digər fəsadlar üzə çıxır. Azərbaycandan ixrac olunan məhsulların da gərək sterilizasiyası aparılsın.

Bizim qurğu çox güclüdür. Ona 300 min kürilik kobalt-60 izotopu yüklənəcək. Bu, çox yüksək aktivliyə malik izotopdur. Qurğu da çox böyükdür. Artıq sonuncu sınaq mərhələsindən də çıxıb. Hazırda izotopun yüklənməsi prossesi gedir. Bu, regionda ən güclü Qamma Şüalanma Komleksidir. Bu quruğuda texniki işlər də aparmaq mümkündür. Məsələn, rezin məmulatlarını süalandırdıqda davamlığı beş dəfə artır.



Biz Şərq ölkəsiyik, ədviyyatdan çox istifadə edirik. Ədviyyat mikrobioloji canlıların daşıyıcısıdır. Yəni onlarda küllü miqdarda mikroblar var. Axı biz ədviyyatı nə bişiririk, nə yuyuruq, nə də qızıdırırıq. Sivil dünyada ədviyyat məhsullarının radiasiya sterilizasiyasından keçmədən istifadəsi qadağandır.

Ən çox xəstəlik daşıyıcısı ət məhsullarıdır. Həmin məhsullar tətbiq etdiyimiz 200-100 qrey dozada şüalandırılmalıdır. Bu, ətin keyfiyyətində heç bir dəyişiklik etmir. Ehtiyat taxıl məhsullarını bəzən bir ildən çox saxlaya bilmirlər. Ona görə də hər il ehtiyat fondu dəyişdirilir, əlavələr olunur. Bu taxıl məhsullarını kiçik dozada şüalandırdıqda onlar uzun müddət qala bilir. Soğan, kartof və digər qida məhsullarına da həmin metod tətbiq olunur.

Müxtəlif konservlərdə kükürdlü birləşmələrdən istifadə olunur. Bunlar kimyəvi birləşmələrdir. Onda həmin məhsullar uzun müddət qaldıqda zəhərlənmə halları baş verir. Bunun qarşısını almaq üçün daha səmərəli üsul radiasion sterilizasiyadır.

Azərbaycan xaricdən hər il 150-200 milyon şpris alır. Bu şprislərin hamısı orada etilen oksidi vasitəsilə sterilizasiya olunur. Etilen oksidində qalıq effekti var. Ən gözəl sterilizasiya üsulu qamma şüalandırmadır. Biz təklif edirik ki, gələcəkdə həmin şprislər Azərbaycanda istehsal və öz qurğumuzda sterilizasiya olunsun. Biz hətta həmin şprisləri qonşu ölkələrə sata bilərik.



Bizdə digər mühüm istiqamət Tədqiqat Nüvə Reaktorunun yaradılmasıdır. Onun tikilməsi üçün hələlik MAQATE ilə birgə təklifər üzərində işləyirik. Bu, uzun müddətli və böyük kapital tutumlu layihədir.

Biz Dubna Nüvə Tədqiqatları üzrə Birləşmiş İnstitutunun üzvüyük. Mənim 6 əməkdaşım hazırda orda tədqiqatlar aparır. Sloveniya Tədqiqat Reaktorunda da bizim əməkdaşlar işləyirlər. Cənubi Koreya Respublikasından da tədqiqatlar aparmaq üçün müraciətlər almışıq. Avstriyada, Norveçdə də bizim işçilərimiz fəaliyyət göstərirlər.

- Respublikamız Tədqiqat Nüvə Reaktorundan nə qazanacaq?

- Tədqiqat Nüvə Reaktoru birinci növbədə, strateji obyektdir. Bütün dünyada istənilən layihələrin bazasında Tədqiqat Nüvə Reaktoru dayanır. Məsələn, energetik lahiyələrin icrasında mikro-tədqiqat nüvə rektoru lazımıdır ki, nüvə yanacağının keyfiyyəti də orada müəyyənləşdirilsin. Hərbi məqsədli layihələrin əksəriyyəti Tədqiqat Nüvə Reaktoru vasitəsilə həyata keçirilir. Amma ən əsası kadr hazırlığı və nüvə tədqiqatlarıdır.

Azərbaycan günəş ölkəsidir. Günəş, külək enerjisi üçün bizim böyük potensialımız var. Günəş çeviricilərinin də istehsalı yalnız Tədqiqat Nüvə Reaktorlarında aparılır. Silisium əsasında hazırlanmış günəş çeviriciləri hazırda satışda var. Onların içərisinə xüsusi aşqarlar daxil edilməlidir ki, faydalı iş əmsalı yüksəlsin. Bunu isə radiasion dopping üsulu ilə yalnız Tədqiqat Nüvə reaktorunda etmək olar. Biz kimyəvi çevirmə etmədən şüalandırırıq, silisium nüvəsini başqa nüvələrə, fosfora və s. çeviririk. Bu çevirilmə üsulu ilə onun xassələrini modifikasiya edirik.



Biz Azərbaycanda günəş çeviriciləri istesal etmək imkanına malikik. Bunun üçün xammal da var. Azərbaycanda böyük midarda kvars yataqları mövcuddur. Bu yataqlardakı xammalın tərkibi Silisium-12-dir. Biz silisium ala, onun bazasında günəş çeviriciləri yarada, hətta qonşu ölkərlərin hamısını təmin edə bilərik. Bu zaman xeyli məbləğdə gəlir əldə edərik.

İkinci əsas məsələ izotoplardır. Tibbdə, onkologiyada, neft-qaz çıxarma sənayesində, müxtəlif sahələrdə izotoplardan geniş istifadə olunur. Biz indi onların hamısını xaricdən alırıq. Böyük valyuta xərcləri hesabına başa gəlir. Bunun yeganə istehsal üsulu isə Tədqiqat Nüvə Reaktorudur. Qonşu ölkərlərin çoxunda bu imkan yoxdur. Hətta Türkiyə kimi böyük ölkədə də izotop istehsal edilmir. Biz bütün qonşu ölkələrə - Gürcüstandan tutmuş, Türkmənistana, Orta Asiya ölkələrinə qədər bu izotopları sata bilərik. Nəticədə külli miqdarda vəsait əldə edərik.

Reaktorları olan elektrik stansiyalarından da biz müxtəlif sifarişlər qəbul edə, onların hansısa məmulatlarının radiasiya davamlığını, dözümlüyünü müəyyən edə bilərik. Məsələn, Qazaxıstanın bir Tədqiqat Nüvə Reaktoru var. Həmin Reaktor yalnız ABŞ-dan olan sifarişlər əsasında fəaliyyət göstərir. Və hər il 100 milyonlarla qazanc əldə edirlər. Bizim də bu sahədə əlaqələrimiz var. Mütəxəssilər də hazırlayırıq.

- Azərbaycanda Tədqiqat Nüvə Reaktorunun inşası nə vaxta mümkün olacaq?

- Biz gərək bu haqda təklif hazırlayaq, sonra Nazirlər Kabineti onu Cənab Prezidentə təqdim etməlidir. Təsdiqlənəndən təqribən 8 il müddətinə Tədqiqat Nüvə Reaktorunun tikintisi mümkün olacaq. Bu, uzun vaxt aparan prosesdir. Ona görə, biz paralel olaraq həm bu sahədə işimizi görür, həm də beynəlxalq tələblərə uyğun olan normativ sənədlər hazırlayırıq.

Biz 2001-ci Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) üzvü olanda Ulu Öndərimiz rəsmi şəkildə elan elədi ki, Azərbaycan yalnız dinc məqsədli nüvə texnologiyalarının tərəfdarıdır. Həmin vaxt NAGATE-nin rəhbəri Məhəmməd Əl-Baradeyi də Azərbaycana səfər etmişdi. Cənab Prezident İlham Əliyev də hakimiyyətə gəldikdən sonra bir daha bu siyasətin davam etdiyini bildiridi.

Azərbaycanda gələcəkdə nüvə texnologiyasını inkişaf etdirmək üçün birinci növbədə xammal ehtiyatlarımızı bilməliyik. Hələ Sovet dövründə Azərbaycanın ərazisi tədqiq olunub və sənədlər götürülüb. Azərbaycan suverenlik qazandıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumları ilə birgə tədqiqatlar aparırıq. Ölkə ərazisində torpaqda, suda radiasiyanın paylanma dərəcəsini ölçürük. Bununla da həmin ərazilərdə yaşayan insanlara təsirini qiymətləndiririk. Xüsusi ekspedisiyamız bir neçə rayonlarımızda olub. Bəzi rayonlarımızdakı süxurlarda təbii radiasiya fonunun nisbətən yüskək olduğu qeydə alınıb.

Qısaca onu deyə bilərəm ki, Azərbaycan bu sahədə hansısa bir addım atarsa, heç olmasa müəyyən müddətdə istifadə etmək üçün xammal ehtiyatımız da var.



Bizim ölkədə heç vaxt qarşıya məqsəd qoyulmayıb ki, atom bombası düzəldək. Biz buna heç cəhd də etmirik. Amma dünyaya göstərmək istəyirik ki, Azərbaycan nüvə sahəsində elmi araşdırmalar apara, istənilən texnoloji prosessləri reallaşdıra bilər. Buna həm bizim kadr potensialmız, həm də də texniki imkanlarımız var. Bunu dünyaya bəyan etmək lazımdır.

Cənab Perzidentimizin AMEA-nin 70 illik yubileyində gözəl bir çıxışı oldu. Bildirdi ki, elm yalnız elm xatirinə olmalı deyil, ölkənin təhlükəsizliyi, qüdrəti və iqtisadi baxımdan gələcək inkişafına xidmət etməlidir. Dövlət başçısı bununla Akademiyaya çağırış etdi ki, bəsdir artıq məqalə xətirinə işlədiniz. Lazımdır ki, elm ölkənin iqtisadiyyatına, hərbi qüdrətinə və digər sahələrə yönəlsin. Gördüyümüz qədərilə, son illərdə bu sahələrdə xeyli irəliləyişlər olur.

Nüvə xammalı ehtiyatlarını aşkarlamaq, onları analiz etmək üçün bizdə müasir laboratoriya da yaradılıb. Burada biz istənilən nüvə materilanı analiz edə bilərik.

Digər sahəmiz cihazqayırmadır. 4-5 il bundan öncə mən xüsusi fiziklər qrupu yaratdım ki, Azərbaycan üçün dozimetrlər istehsal edilsin. İlk təcrübəmizi Türkiyə Atom Enerjisi Qurumu (TAEK) ilə birgə həyata keçirdik. Xarkovda xüsusi detektorlar hazırlatdırdıq. Bunun əsasında ilk cihazıları yaratdıq.

Digər mühüm sahə dünya miqyaslı qlobal elmi layihələrdə iştirak etməkdir. 2015-ci ildə Azərbaycanın Avropa Nüvə Tədqiqatları Mərkəzinə (CERN) assosiativ üzv olması ilə bağlı məsələ qaldırmışdıq. Azərbaycandan cəmi ik nəfərin adı orada qeyd olunmuşdu. Ermənistandan 36, Gücüstandan isə 47 nəfər var idi. Mən o vaxt çox utandım. Oranın rəhbəri dedi ki, siz cəmi iki nəfərləmi CERN-ə üzv olmaq istəyirsiniz? O gündən qarşıya məqsəd qoydum ki, necə olursa-olsun, biz buradakı mövqeyimiz də gücləndirməli, əlaqələr yaratmalıyıq.



CERN-də “Atlas” adlı fundamenatal bir proqram var. Biz o proqram çərçivəsində real təcrübələrə qoşulduq. Orada ağır ionların, nüvələrin toqquşması zamanı gedən prosseslər öyrənilir. Onları araşdırmaqla Qalatikanın əmələ gəlməsi, Böyük Partlamadan sonra materiyanın yaranması haqqında daha dolğun məlumat əldə edəcəyik. Bizim nümayəmdəmiz indi CERN-də bu təcrübələr üzrə fiziki qrupun rəhbəridir. 6 nəfərlik qrupumuz da var. Bu sahədə fəaliyyətimizi genişləndirmişik. Keçən il memorandum imzaladıq, üzv olmasaq da, bu layihə üzə əməkdaşlıq edirik. Hətta Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) bir elmi konfransı Bakıda keçirildi.

- Azərbaycanda Tədqiqat Nüvə Reaktorunun hansı ərazidə tikintisi təklif olunur? Bir neçə il öncə Xırdalanda inşa edilməsi ilə bağlı xəbərlər yayılmış və böyük səs-küyə səbəb olmuşdu.

- Belə səs-küy əsassızdır. Ona görə ki, Tədqiqat Nüvə Reaktoru bütün ölkələrdə Universitet şəhərciklərində yerləşir. Münhendəki Texnologiya Universiteti şəhərdən 26 kilometr aralıdadır. Şəhərciyin düz mərkəzində də dünyada ən böyük və güclü nüvə reaktoru yerləşir. Heç bir təhlükəsi də yoxdur. Tədqiqat nüvə reaktoru heç vaxt partlaya bilməz. Çünki daim suyun içindədir. Orada heç də həmişə yüksək intensivli parçalanma getmir. Təxminən 80-85 kiloqram yanacaq yüklənir.

Bizim ölkədə Tədqiqat Nüvə Reaktorunun Qobu ərazisində tikilməsi haqqında təklif hazırlarnır. Amma bunun üçün hələ ki, hökumət tərəfindən müvafiq qərar verilməyib.

Hafiz Əhmədov / Foto: Elvin Abdulla
AzVision.az


Teqlər:





Xəbər lenti