Civəni 5 min dollara satarkən tutuldu

Civəni 5 min dollara satarkən tutuldu
  04 Fevral 2017    Oxunub:2120
Bakıda civə satmaq istəyən şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Asif Alıyev 2 kiloqram ağ civəni metronun "Koroğlu" stansiyası yaxınlığında 5 min ABŞ dollarına satarkən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti