TikTok yüzlərlə əməkdaşını süni intellektlə əvəz edib

TikTok yüzlərlə əməkdaşını süni intellektlə əvəz edib
  13 Oktyabr 2024    Oxunub:392
TikTok videoservisi (Çinin ByteDance şirkətinə məxsusdur-red.) süni intellekt texnologiyalarının təkmilləşdirilməsi fonunda dünya üzrə yüzlərlə moderatorunu işdən çıxarıb.
Bu barədə “Reuters” öz mənbələrinə istinadən yazıb.

Bildirilir ki, Malayziyada 700-dən çox insan işini itirib və onların yerini süni intellekt alıb. ByteDance şirkəti kütləvi ixtisarları təsdiqləyib, lakin işdən çıxarılanların sayının 500-dən az olduğunu və onların bu barədə oktyabrın 9-da elektron poçtu vasitəsilə məlumatlandırıldığını qeyd edib.

Reuters agentliyin məlumatına görə, TikTok noyabrda daha çox işçini ixtisar etməyi planlaşdırır.

Hazırda TikTok-un dünyanın 20 şəhəri üzrə təxminən 110 min nəfərlik heyəti var.

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:





Xəbər lenti