Tovuzda maşın oğrusu tutuldu

Tovuzda maşın oğrusu tutuldu
  12 Oktyabr 2024    Oxunub:309
Tovuzda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirləri nəticəsində rayon sakininə məxsus "VAZ-2108” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş O.Hüseynli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti