Jirinovski paytaxtı Maqadana köçürməyi təklif etdi

Jirinovski paytaxtı Maqadana köçürməyi təklif etdi
  30 Avqust 2013    Oxunub:1532
Rusiyanın Liberal-Demokratik partiyasının lideri Vladimir Jirinovski Rusiya paytaxtının Maqadana köçürülməsini təklif edib.
AzVision.az xəbər verir ki, Jirinovski ölkə paytaxtının Vladivostoka köçürülməsi barədə informasiyanı müxtəlif aspektdən şərh edərək onun Maqadana köçürülməsinin məqsədəuyğun olduğunu bildirib. Onun sözlərinə görə, fəlsəfi və tarixi baxımdan Rusiya paytaxtı nə Vladivostoka, nə də Xabarovska dəyişilməlidir.

“Ölkənin əsas şəhəri şərqdə yerləşməlidir. Paytaxt Çin sərhədindən kənara - Maqadana köçürülə bilər” - parlament üzvü söyləyib.

Qeyd edək ki, daha əvvəl Vladivostokun meri Rusiya paytaxtının Vladivostoka köçürülməsini təklif etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti