Ermənistanda homoseksualların İİV yayması halları artıb

Ermənistanda homoseksualların İİV yayması halları artıb
  25 Noyabr 2024    Oxunub:430
Ermənistan Respublikasında son illər İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusu-red.) yoluxma halları artmaqdadır.
Bu barədə Milli Yoluxucu Xəstəliklər Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin rəhbəri Anna Mergelyan mətbuat konfransında bildirib.

O, qeyd edib ki, 2024-cü ildə (31 oktyabr tarixinə kimi) 462 nəfərdə bu sağalmaz xəstəlik aşkar edilib.
"Ölkəmizdə 2024-cü il ərzində heteroseksual əlaqə yolu ilə İİV-ə yoluxma hallarının sayı 81% (son 30 ildə bu rəqəm orta hesabla 76%), homoseksual təmas yolu ilə yoluxma hallarının sayı isə 12% olub ( son onilliklərdə orta göstərici 7% təşkil edib)", - Mergelyan bildirib.

İynə vurmaqla narkotik istifadə edənlərin yoluxmasındakı artım isə 6%-dir (90-2000-ci illərdə 14% olub). Bundan başqa, 0,5% hallarda isə xəstəlik anadan uşağa və ya naməlum yollarla ötürülür.

Yeri gəlmişkən, hər 100 min nəfərə ən çox İİV-ə yoluxma Şirak bölgəsində qeydə alınıb.

Mütəxəssisin sözlərinə görə, əvvəllər mənzərə bir qədər fərqli olub: "Ermənistanda İİV-ə ilk yoluxma (1988-ci il-red.) qeydə alındığı andan 2024-cü il oktyabrın 31-dək Ermənistan vətəndaşları arasında 6076, habelə əcnəbilər arasında 438 yoluxma hal müəyyən edilib".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti