ABŞ şirkəti Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına dəstək göstərəcək

ABŞ şirkəti Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına dəstək göstərəcək
  25 Noyabr 2024    Oxunub:278
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green”, COP29 çərçivəsində ABŞ-nin "Schlumberger" (SLB) şirkəti arasında ölkədə geotermal enerji layihələrinin inkişafı üçün Anlaşma Memorandumu (MoU) imzalanıb.
AzVision.az xəbər verir ki, bu barədə “SOCAR Green”in "Linkedin" sosial şəbəkəsindəki hesabında paylaşılan məlumata istinadən xəbər verir.

“COP29 çərçivəsində SOCAR Green və SLB arasında Azərbaycanda geotermal enerji layihələrinin inkişafı üçün Anlaşma Memorandumu (MoU) imzaladığını bölüşməkdən məmnunuq”, - paylaşımda qeyd olunub.

Sənədi SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və SLB şirkətinin “New Energy” bölməsinin prezidenti Qevin Rennik imzalayıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti