İraqda 37 ildən sonra əhalinin siyahıyaalınması aparılıb

İraqda 37 ildən sonra əhalinin siyahıyaalınması aparılıb
  25 Noyabr 2024    Oxunub:333
İraqda 37 ildən sonra noyabrın 20-də ilk dəfə əhalinin ümumi siyahıyaalınması keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə İraq Nazirlər Kabinetinin rəhbəri Məhəmməd əl-Sudani mətbuat konfransı zamanı məlumat verib.

Bildirilib ki, ölkədə 37 ildə ilk dəfə keçirilən ümumi siyahıyaalmaya görə, əhalinin sayı 45,4 milyon nəfərdir. Əl-Sudani qeyd edib ki, əhalinin 50,1 faizi kişilər, 49,8 faizi isə qadınlardır.

Ölkədə hər 10 ildən bir keçirilməsi nəzərdə tutulan siyahıyaalma 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən sonra təşkil edilə bilməmişdi. Qeyd edək ki, sonuncu siyahıyaalma 1987-ci ildə Səddam Hüseynin hakimiyyəti dövründə keçirilib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: İraq  





Xəbər lenti