Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü seçildi

Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü seçildi
  03 May 2017    Oxunub:6337
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Ədəbiyyatşünaslıq ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü seçilib.
AzVision.az xəbər verir ki, AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri bu gün açıqlanıb.

Nəticələrə əsasən, millət vəkilləri Nizami Cəfərov (Dilçilik), Yaqub Mahmudov (Tarix), Gövhər Baxşəliyeva (Şərqşünaslıq) AMEA-nın həqiqi üzvləri seçiliblər.

Milli Məclisin deputatı Musa Qasımlı (Tarix), sabiq təhsil naziri Misir Mərdanov isə (Riyaziyyat) AMEA-nın müxbir üzvləri seçiliblər.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən elmi və ali təhsil müəssisələri tərəfindən AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülmüşdü.

AMEA-nın mayın 2-də keçirilən ümumi yığıncağında AMEA-nın həqiqi üzvlüyünə 16, müxbir üzvlüyünə isə 25 nəfər seçilib.

AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti