Nazirə əsəbləşdi, efirdə istefa verdi - VİDEO

Nazirə əsəbləşdi, efirdə istefa verdi - VİDEO
  31 Avqust 2013    Oxunub:1154
TRT ərəbcə kanalının aparıcısı Türkiyə baş nazirini sərt şəkildə tənqid edib
Türkiyənin ictimai kanalı TRT ərəbcə bürosunun misirli aparıcısı Bəşir Abdulfəttah canlı efirdə istefa verdiyini açıqlayıb. Abdulfəttah bu addımını Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Misir siyasətini bəyənməməsi ilə izah edib. İndiyə qədər TRT-də işlədiyi üçün bütün misirlilərdən üzr istəyən aparıcı Əesoğanı tənqid edərək bu kanalla olan bütün əlaqələrini kəsdiyini açıqlayıb.

“Misirlilər türk xalqını sevir. Buna heç kimin şübhəsi olmasın. Ölkə rəhbərləri arasında fikir ayrılıqları ola bilər. Amma xalqlar arasında hər hansı bir fikir ayrılığı yoxdur. Tarixi münasibətlərimizi var və bu münasibətylər davam edəcək. Amma cənab Ərdoğanın Misir barədə dedikləri və bu istiqamətdəki siyasəti səhvdir. Biz misirlilərin də qırmızı xətti var. Bizim üçün şəxsi mənfəətlər və s. şeylər bir tərəfədir. Bizim üçün əsas olan vətən sevgisidir. Bu səbəbdən də bu gün TRT ərəbcə telekanalı ilə bütün əlaqələrimi kəsirəm. Cənab Ərdoğanın Misir xalqına üzr borcu var və bunu yerinə yetirməyib. Amma mən misirlilərdən üzr istəyirəm. Üzr istəməyənlər utansın. Mən bu kanalda işlədiyim üçün utanıram. Bu səbəblə də hamının qarşısında istefa verirəm. Allaha əmanət olun!” – deyə aparıcı qeyd edib.




Teqlər:  





Xəbər lenti