Obamanın Suriya ilə bağlı bəyanatı

Obamanın Suriya ilə bağlı bəyanatı
  01 Sentyabr 2013    Oxunub:1077
ABŞ prezidenti Barak Obama Suriya ilə bağlı müraciətə hazırlaşır.
AzVision.az xəbər verir ki, Suriyadakı vəziyyət, hökumət qüvvələrinin kimyəvi silahdan istifadə edərək dinc sakinləri qətlə yetirməsi demək olar ki bütün qərb dövlətlərini ayağa qaldırıb.

Obama hesab edir ki, kimyəvi silah Suriya hökuməti tərəfindən istifadə olunub. Amerikanın PBS kanalına açıqlama verən prezident bildirib ki, o, Suriya müxalifətinin belə silahlarının olduğuna inanmır.

Kimyəvi silahdan istifadənin Amerikanın milli maraqlarına təsir edəcəyini bildirən Obama deyib ki, xəbərdarlıq atəşi açmaqla Suriyadakı müharibəyə müsbət təsir etmək olar. O hesab edir ki, bu yolla gələcəkdə kimyəvi silahdan istifadə olunmasının da qarşısını almaq mümkündür.



Teqlər:





Xəbər lenti