Ərdoğandan Əsədə son xəbərdarlıq

Ərdoğandan Əsədə son xəbərdarlıq
  02 Sentyabr 2013    Oxunub:1036
`Əsəd rejiminə son qoyulmalı və Bəşər Əsəd yaşaya biləcəyi bir ölkəyə getməlidir`.
AzVision.az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Baş nazir vurğulayıb ki, Suriyada qətiyyətli bir addım atılmadıqca, Əsəd rejimini qırğınlara, yeni insanlıq dramları yaratmağa davam edəcək:

`BMT Təhlükəsizlik Şurasındakı beş daimi üzvinin dünya nın taleyini həll etməsi antidemokratikdir. Buna görəd də, gənclərin `dünya bu beş ölkədən daha böyükdür, beşdən ibarət deyil`hərəkatını dəstəkləyirəm`.

Ərdoğan qeyd edib ki, Suriyada axan qanı durdurmaq üçün qəbul olunacaq hər bir qərarın tərəfdarıyıq:

`Suriya üçün müvəqqəti qərarların qəbul olunması yolverilməzdir. 100 mindən çox günahsız vətəndaşın qatili olan bir rejim bundan artıq hakimiyyətdə qala bilməz. Əsəd geri çəkilməli və yaşaya biləcəyi bir ölkəyə getməlidir`.

Mirvari


Teqlər:  





Xəbər lenti