Almaniyada namizədlər arasında teledebat keçirilib

Almaniyada namizədlər arasında teledebat keçirilib
  02 Sentyabr 2013    Oxunub:1194
Teledebatı təxminən 15 milyon tamaşaçı izləyib
Almaniyada sentyabrın 22-də keçiriləcək parlament seçkilərinə az qalmış əsas namizədlər kansler Angela Merkel və İctimai Demokratiya partiyasının namizədi Peer Ştaynbruq arasında teledebat keçirilib. Almaniyanın dörd telekanalı tərəfindən canlı yayımlanan teledebatı təxminən 15 milyon tamaşaçı izləyib. 90 dəqiqə davam edən müzakirədə iqtisadi siyasət və böhrandan çıxış yolları əsas diqqət mərkəzində olub. Debat zamanı Angela Merkel ölkədə işsizlik səviyyəsinin son vaxtlar rekord səviyyədə aşağı düşdüyünü və 2015-ci ildə büdcə artıqlığına nail olacağına söz verib. Aparılan son sosioloji sorğulara əsasən əhalinin 44 faizi debatlarda Merkelin, 43 faizi isə Ştaynbruqun qalib gəldiyini hesab edir.

AzVision.az


Teqlər:





Xəbər lenti