Aydın Mirzəzadə: “Qadınları bazarlığa buraxmırıq”
- Hesab edirəm ki, xoşbəxt olmuşam. Valideynlərim zəhmətkeş insanlar idi, ata nənəm bizimlə yaşayırdı. Ailəmizdə həmişə elm, mədəniyyət, cəmiyyətə yararlı olmaq söhbətləri gedirdi. Həyətimizdə üzüm becərib bazara satlığa çıxarırdıq. Xasiyyətcə isə elə indiki kimi olmuşam.
- Bəs uşaqlıqda ən böyük arzunuz nə olub? Siz də bütün uşaqlar kimi böyüyəndə polis, ya həkim olaq istəmisiniz?
- Ən böyük arzum böyümək olub. Tez böyümək, ailəmizə kömək etmək istəmişəm.
- İlk dərs gününüzü xatırlayırsınız?
- Nəinki ilk dərs gününü , bütün dərs günlərimi xatırlayıram. Mən məktəblə nəfəs alırdım.
- Məktəb vaxtı qiymətləriniz necə idi?
- Orta məktəbi ancaq əla qiymətlərlə oxumuşam. 3-10-cu sinif gündəliklərim indiyə qədər durur. Məktəb illərində məktəb proqramı mənə azlıq edirdi, Mingəçevirin eyni zamanda dörd kitabxanasının üzvü idim. Bir kitabxanda isə böyük qardaşmı da yazdırıb onun da əvəzinə kitab alırdım
- Memarlıq və İnşaat universiteti ilə yollarınızı nə birləşdirdi?
- İnşaat Universitetinə bir qədər təsadüfi olaraq gəldim. Yuxarı siniflərdə mühəndis olmaq qərarına gəldim, atamın fikrinə görəmühəndislik ciddi sənət idi. Mən Politxnik İnstitunun mexanika fakültəsinə sənəd vermək istəyirdim. Ancaq Bakıya çıxmamışdan bir gün əvvəl Aydın adlı məndən yaşca böyük bir tanışıma rast gəldim. O inşaatçı sənətini təiflədi və elə bu fikirlə də inşaat fakültəsinə ərizə verdim. Amma mən qəbul olunandan sonra inşşat fakültələrini ayırıb İnşaat İnstitut yaratdılar.
- Bəs deputat olmağa nə zaman qərar verdiniz?
- Deputat olacağımı gözləmirdim. 1992-ci ildə YAP Mingəçevir təşkilatını yaratdıq. 1997-ci ildəməni Prezident Aparatına dəvətetdilər . Üç il ictimai-siyasi şöbədə ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri işlədim, 2000-ci ilin iyun ayında isəbildirdilər ki, məni YAP xətti ilə Mingəşevir şəhərindədepuatalığa namizədliyimi vermək istəyirlər. Namizədliyim verildi, insanlarla 50-dən çox görüş keçirdim. Seçildim və indiyə qədər də özümü seçicilər qarşısında borclu sayıram.
- Seçicilərinizlə tez-tez görüşürsünüz?
- Seçicilərimlə hər iki aydan bir mütləq görüşürəm. Sentyabrın 15-də ilk dərs gününə gedəcəyəm və 15-16-da qəbul keçirəsiyəm. Eyni zamanda mənim mobil nömrəmi Mingəçevirdə hamı bilir, istənilən adam zəng edə bilir və edir də.
- Mingəçevirdə eyni zamanda 4 kitabxanın üzvü olduğunuzu deyirsiniz. Bəs indi necə? Mütaliəni sevirsiniz?
- Mütailəni indi də xoşlayıram, yaradıcılığını bəyəndiyim şairlər sırasında Nəriman Həsənzadə və Zəlimxan Yaqub da var. Ancaq indi informasiyanın çoxunu internetdən alıram, ancaq ədəbiyyat yenilikləri ilə də daima maraqlanıram. Təssüf ki, Azərbaycanda ədəbiyyatda gənc nəsil görünmür.
- Yəni müasir ədəbiyyatdan heç kimi oxumursunuz?
- Hüseynbala Mirələmovun romanları xoşuma gəlir. Bir də hərdən aktrisa Həmidə Ömərovanın mətbuatda çox maraqlı hekayələri çap olunur. Şairlərdən isə,tələbəm, indi əskəri xidmətdə olan Elmar Şahmarın şeirlərini xoşlayıram.
- Gündəlik informasiyaya olan tələbatınızı internetdən alırsınız. Bəs yerli saytların, xəbər portallarının fəaliyyəti sizi qane edirmi?
- Əsasən qane edir. Cəmiyyət necədirsə, onun təsisatları da elədir. Eyni zamanda informasiya mənbələrinin çoxluğu hər kəsə ona lazım olan informasiyanı tapmağa kömək edir. Bununla da insan təkmilləşir və özü də cəmiyyətə təsir edən faktorlardan birinə çevrilir.
- Bir az da siyasi məsələlərdən danışaq, məsələn elə bu yaxınlarda bizi gözləyən seçkidən danışaq. Milli Şuranın seçki perspektivlərini necə qiymətləndirirsiniz?
- Yeni Azərbaycan Partiyasından Mərkəzi Seçki Komissiyasının məşvərət hüquqlu üzvü olduğum üçün opponentlərimiz haqqında heç bir fikir bildirmək istəmirəm. MSK üzvü kimi bu prosesdə fikrimi bildirməyim düz olmazdı.
- Millət vəkili seçildiyiniz şəhərlə bağlı Milli Məclisdə hansı məsələləri qaldırmısınız?
- Çalışıram fəaliyyətimi ancaq Mingəçevirlə bağlamayım. Ancaq bununla belə vaxtaşırı şəhərlə bağlı təkliflərim olub. Mingəçevirin timsalında regionda fəaliyyət göstərən sahibkarlara Bakıya nisbətən daha aşağı faizlə kredit verilməsini təklif etmişəm. Bəzi ali məktəblərin Mingəçevirə köçürülməsini və bununla da həm Bakıda sıxlığın azalmasını, həm də regionların inkişafının alınmasını təklif etmişəm. Mingəçevir şəhərində su xəttinin yenidən qurulması və yeni məktəb tikilməsi də təkliflərimdən olub. Dəfələrlə Mingəçevir orta məktəb binalarında məskunlaşan qaçqınlar üçün şəhərcik salınıb məktəblərdə normal dərs şəraitinin yaradılmasını təklif etmişəm. Şadam ki, bu təklifim bu il reallaşdı və qaçqınlar məktəblərdən qaçqın şəhərciklərinə köçürüldü.
- Partiyaların dövlət büdcəsindən maliyyələsdirilməsini necə qiymətləndirirsiniz? Bəzi partiyaların vəsaitin azlığından şikayətlənməsi nə qədər ədalətlidir?
- Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi dövlətimizin inkişafı nəticəsində bu ildən mümkün olmuşdur. Məqsəd partiyaları tam maliyyələşdirmək deyil, onlara dəstək olmaqdır. Partiyalar maliyyəni əsasən özləri qazanamalıdırlar. Bu üzvülük haqqı, ianələr, nəşriyyat fəaliyyətindən gələn gəlir ola bilər. daha çox vəsait istəyən siyasi partiyalar cəmiyyətlə daha çox işləməli, onun nəbzini tutmalı, qaunla icazə verilən əlavə gəlir formalarını axtarmalıdrlar.
- Növbəti dəfə parlament seçkilərində yenidən qatılmağı düşünürsünüz?
- Mən siyasi fəaliyyətə Yeni Azərbaycan Partiyası ilə başlamışam və indi də onunla bir sırada olmaq mənim üçün xoşdur. Parlament depuataı olmaq məqsəd deyil, üzvü olduğum təşkilatın məramlarının həyata keçirilməsidir. Hesab edirəm ki, həyatın sınağından çıxan bir təşkilatla o məranları istənilən yerdə və formada yerinə yetirmək olar.
- Neçə övladınız var?
- İki övladım var. Oğlum Bakıda bakalvraturanı və magistraturanı əla qiymətlərlə bitirib, maliyyəçidir. İndi öz ixtisası üzrə çalışır. Qızım ixtisasca psixoloqdur, ictimai əsaslarla mənim köməkçimdir, onun dəstəyi mənə həmişə kömək edir.
- Baba olmusunuz?
- Hələ yox.
- Xoşbəxt insan odur ki, işdən evə evdən işə tələsir. Bu deyimi sizin həyatınıza şamil etmək olar?
- Düzgün deyimdir, mən belə də yaşayıram. Deməzdim ki, hər şey idealdır, ancaq həyatda harmonik yaşamaq, cəmiyyətdə öz yerini tapmaq, ailəyə diqqət etmək insanı doğrudan da xoşbəxt edir.
- Bəs ailədə necə birisiniz? Məsələn, evdə bazarlığı kim edir?
- Ailəmizdə bazarlığı mən və oğlum edirik, qadınları bu işə yaxın buraxmırıq. Düzdür, bəzən nə isə yaddan çıxdığına görə yenidən ərzaq dükanına qayıtmaq lazım gəlir, ancaq bu, bizə xoşdur. Mətbəx işini yoldaşım və qızım edir, hərdən bizə də etibar edirlər. Digər məslələri isə məsləhətlə edirik, istənilən məsələdə hər kəsin fikri öyrənilir.
- Yəni ailədə demokratik prinsiplərə üstünlük verirsiniz?
- Ailəni ailə edən, hər kəsin marağını qoruyan və dəstək verən, cəmiyyətdə hörmət qazandıran bütün prinsipləri bəyənirik.
- Son olaraq əlavə etmək istədiyiniz bir şey varmı?
- Sizə və saytınıza təşəkkür edir və fəaliyyətinizdə uğurlar arzu edirəm.
Səbinə Məmmədova
Xüsusi olaraq AzVision.az üçün