Fransa-Azərbaycan Universitetinin yeni binası sentyabrda açılacaq

Fransa-Azərbaycan Universitetinin yeni binası sentyabrda açılacaq
  02 İyun 2017    Oxunub:5797
Fransa-Azərbayca Universiteti (UFAZ) layihəsi Azərbaycanda ən yaxşı şərtlər altında keçirilir. Artıq bir ildir ki, UFAZ fəaliyyət göstərir. Bu il ərzində müsbət naliyyətlər əldə olunub. Bu layihəyə Fransa dövlət orqanları tərəfindən maraq göstərilir. Layihənin həyata keçirilməsində Fransa Xarici İşlər Nazirliyi, Azərbaycan Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyinin böyük səyləri olub.
AzVision.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez deyib. Onun sözlərinə görə, 2016-2017-ci illərdə UFAZda 141 nəfər təhsil alıb ki, onlardan 120-i dövlət, 23-ü iaə ödənişli əsaslarla təhsil alıb: “Bu tələbələr TQDK imtahanlarından 500-700 bal yığıb. Bu universitetdə Fransaya nisbətən daha çox qız mühəndis ixtisasında təhsil alır. İl ərzində bir neçə dövlət rəsmisi UFAZ-da olub. Səfərlərin hər birində dövlət rəamiləri ilə tələbələr arasında mətbuat konfransı keçirilmiş, tələbələrlə fikir mübadiləsi aparılmışdı. Qeyd edim ki, UFAZ-ın tələbələri səfirliyin keçirdiyi bir sıra tədbirlər aktiv şəkildə iştirak edirlər. 2017-2018-ci akademik ili üçün qəbul planı 160 yerdən ibarətdir ki, onlardan 120-i dövlət sifarişli, 40 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Təhsil haqqının dəyəri 3000 AZN-dir”

Səfir əlavə edib ki, bir qrup tələbə Fransanın Strasburq şəhərinə göndəriləcək və onlar fransız dili və mədəniyyəti ilə tanış olmaq şansını əldə edəcəklər: “Bundan əlavə, UFAZ fondu da yaraqılacaq ki, burda da əsas məqsəd Azərbaycan, Fransız və beynəlxalq şirkətlərlərin cəlb olunması və Kimya sahəsində bir sıra elmi nailiyyətlərə nail olmaqdır. 2017-2018-ci il tədris ili UFAZ-ın yeni binasında keçiriləcək. Bina şəhərin mərkəzində yerləşir və sentyabr ayında açılacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Fransa   Azərbaycan  





Xəbər lenti