Əsədin 1000 tonluq kimyəvi arsenalı var

Əsədin 1000 tonluq kimyəvi arsenalı var
  03 Sentyabr 2013    Oxunub:1428
Kəşfiyyatın məlumatına görə Suriya prezidenti Bəşər Əsədin 1000 ton zəhərli qazdan ibarət arsenalı vardır.
AzVision.az Daily Mail-ə istinadən xəbər verir ki, ABŞ keçən həftə Suriya hökumətinin zarin qazıdan istifadə etməsi barədə dəlilinin olduğunu bildirmişdi. Məlumata görə, kimyəvi silahla hücum nəticəsində 1400 vətəndaş həlak olub.

ABŞ-ın dövlət katibi Con Kerrinin sözlərinə görə, həmin dəllilər saç və qan nümunələri nəticəsində əldə olunub. Kerri söyləyib ki, indi Əsəd Adolf Hitler və Səddam Hüseynin sıralarına qoşulub. Belə ki, Əsəd kimyəvi silah ehtiyatına malikdir. Fransa kəşfiyyatından sızan informasiyaya əsasən, Əsədin zarin qazı daxil olmaqla, 1000 ton zəhərli qaz ehtiyatı vardır.

AzVision.az


Teqlər:





Xəbər lenti