Kerrinin suriyalı Hitlerlə naharı

Kerrinin suriyalı Hitlerlə naharı
  03 Sentyabr 2013    Oxunub:1293
ABŞ-ın dövlət katibi Con Kerri Suriyanın “Hitler”i ilə nahar edib.
AzVision.az Daily Mail-ə istinadən xəbər verir ki, Kerri Suriya lideri Bəşər Əsədlə nahar edərkən çəkilən şəkli ABŞ-ın ölkəni yerlə-yeksan istədiyi bir vaxtda ortaya çıxıb.

Şəkil 2009-cu ildə Dəməşqin “Naranj” restoranında çəkilib. Belə ki, Kerri və Əsəd kiçik stol ətrafında ciddi şəkildə müzakirə aparırlar. Qeyd edək ki, naharda liderlərin xanımları - Tereza Haynz və Əsma Əsəd də iştirak edib.

Xatırladaq ki, Kerri iki gün qabaq Əsədi insanlara qarşı zorakı hərəkətinə görə, Adolf Hitler və Səddam Hüseynlə müqayisə etmişdi. O, kimyəvi silah istifadə etdiyinə işarə edərək bildirmişdi ki, Əsəd artıq Adolf Hitler və Səddam Hüseynin sırasına qoşulub.

AzVision.az


Teqlər:





Xəbər lenti