Misir “Əl-Cəzirə”ni bağladı

Misir “Əl-Cəzirə”ni bağladı
  04 Sentyabr 2013    Oxunub:1373
Misir məhkəməsi “Əl-Cəzirə”nin Misir filialı daxil olmaqla dörd telekanalın bağlanmasına göstəriş verib.
AzVision.az xəbər verir ki, bağlanacaq digər telekanallar “Əl-Yarmuk”, “Əl-Qüds” və “Müsəlman Qardaşlar”ın kanalı olan “Əhrar 25”dir.

“Əl-Cəzirə” telekanalı Misirdə baş verən çevrilişin qərəzli şəkildə işıqlandırılmasında və ölkə təhlükəsizliyinə xələl gətirilməsində ittiham olunub. Digər üç kanal isə islam təşkilatları ilə əlaqələrdə təqsirli bilinib.

Misir hökuməti ilə “Əl-Cəzirə” telekanalı arasında münaqişə artıq bir neçə aydır davam edir. Devrilmiş prezident Mursini açıq şəkildə dəstəkləyən Qətər telekanalının Misirdə yayımı iyulun əvvəlindən dayandırılıb. Həmin vaxt Qahirədə yerləşən telekanalın ofisində axtarışlar keçirilmiş, kanalın Misir bürosunun rəhbəri ictimai asayişi pozmaqda və ölkənin milli təhlükəsizliyinə xələl gətirməkdə ittiham olunaraq həbs edilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti