Britaniya səfirliyi Milli Şuraya cavab verdi - EKSKLÜZİV
Səfirliyin media əlaqələndiricisi Günel Əhmədova bildirib ki, Milli Şura üzvləri də digər şəxslər kimi adi qaydada viza üçün müraciət etməli və 15 gün müddətində cavab almalıdırlar:
“Səfirlik üçün əsas deyil ki, gedən kimlərdir. Yəni onların kimliyi önəm kəsb etmir. Amma məndə olan məlumata görə, artıq onlar səfirlikdən cavab alıblar”.
Qeyd edək ki, Böyük Britaniyanın Kral İnstitutu (Çatam-Hauz) Azərbaycanda keçiriləcək 2013-cü il prezident seçkiləri ilə bağlı müzakirələr planlaşdırıb. Müzakirələr 17 sentyabr 2013-cü il tarixində Londonda keçiriləcək. Milli Şura üzvlərindən Müsavat Partiyasının başqanı İsa Qəmbər, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və EL Hərəkatının sədri Eldar Namazovun Londona səfərində iştirakı nəzərdə tutulub.
Sevinc İLTİFATQIZI