Azərbaycan Avropa Parlamentində prioritet ölkələr siyahısına salınıb
E.Süleymanov qeyd edib ki, müzakirələr zamanı Azərbaycanın 5-ci ölkə olaraq 2013-cü ilin ikinci yarısında Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələr siyahısına salınması barədə qərar qəbul edilib.
Onun fikrincə, Prezidentlər Konfransının bu qərarı Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə bağlı balanslaşdırılmış siyasət yürütmək istəyindən irəli gəlir.
Xatırladaq ki, hələ may ayında Azərbaycan hökuməti Avropa Parlamentinə oktyabr ayında ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə dəvət göndərmişdi.
Teqlər: