Hacıbala Abutalıbovun yaxası Ali Məhkəmənin əlində
Müsavat başqanının müavini Gülağa Aslanlı, AXCP sədrinin müavini Asəf Quliyev və Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Azər Canıyev 2012-ci il oktyabrın 13-də Parlament prospektindən keçməklə Milli Məclisin qarşısınadək yürüş-mitinqin keçirilməsinə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Meriya həmin ərazidə yürüş-mitinqə icazə verməyib. Təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qərarının qanunsuz sayılması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediblər. Məhkəmə şikayəti təmin etməyib, Bakı Apellyasiya Məhkəməsi də meriyanın xeyrinə qərar verib.
Ali Məhkəməyə göndərilən şikayətdə aksiyaya icazə verilməsinin meriyanın üzərinə bir vəzifə kimi qoyulması tələb olunur.