Vahid Ələkbərov oğlunun gələcəyindən danışdı
“LukOil” şirkəti satılmır. Mən bunu daim təkrar edirəm. Kim “LukOil”un səhm paketini almaq istəyirsə o həmişə birjaya müraciət edə bilər” Ələkbərov bildirib. O əlavə edib ki, şirkətin səhm paketinin əsas hissəsi birjadadır, ona görə də kim şirkəti almaq istəsə buyurub birjaya gedə bilər.
“LukOil” prezidenti öz oğlu Yusif barədə də danışıb. Onun sözlərinə görə, Yusif institutu bitirdikdən sonra “LukOil”un Qərbi Sibirdəki yataqlarında operator kimi işə başlayıb. “İndi o texnoloqdur, o özü bu yolu keçməlidir. Hesab edirəm ki, Qərbi Sibirdə iki-üç il iş təcrübəsi insan üçün nadir imkandır. O, hiss etməyə başlayacaq ki, həyat nəyə başa gəlir, insanlar necə yaşayır” Ələkbərov əlavə edib. O, oğlunun nə vaxt “LukOil”un top-meneceri olacağına dair suala belə cavab verib: “Tezliklə yox. Bu, çox uzun yoldur, əgər onun talantı varsa olacaq. Çünki talant olmadan da mühəndis olmaq mümkündür, ancaq rəhbər olmaq mümkün deyil. Ümumiyyətlə bizdə insan orta ölçülü müəssisənin rəhbəri olmaq üçün 10-15 il keçməlidir. Fikrimcə o şirkətin sistemində nəzərdə tutulan kursu keçməli olacaq. O özü bu yolu keçdi və neftçi oldu, özü neft institutuna girdi. Deməli o hiss etməlidir ki, Qərbi Sibir nədir, neft nədir, mütəxəssis olmaq nədir, sonra irəli getməlidir”.
Teqlər: