"Azərenerji" ilə bağlı məlumat yalan çıxdı
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yanında fəaliyyət göstərən Kompyuter insidentləri üzrə reaksiya komandasının (CERT) yaydığı xəbərdə deyilir.
Məlumata görə, "Azərenerji" ASC-nin www.azerenerji.gov.az veb saytına heç bir müdaxilə halı qeydə alınmayıb və sayt normal fəaliyyət göstərir.
Bundan başqa, "Azərenerji" ASC-nin saytında heç bir məxfi və ya konfidensial sənəd saxlanılmır. Burada yerləşdirilən məlumatlar ümumi istifadə üçündür və hər bir istifadəçi onlardan istifadə edə bilər.
"Azərenerji" ASC-yə aid sözügedən sənədlərin kənar şəxslər tərəfindən necə əldə edilməsinin müəyyən edilməsi və veb saytın sıradan çıxarılması barədə yayılmış yanlış məlumatın aydınlaşdırılması istiqamətində CERT "Azərenerji" ASC-nin mütəxəssisləri ilə birlikdə araşdırmalar aparır.
Teqlər: