İsgəndər Cavadovun oğlu vəfat etdi
Hadisə baş verərkən Sübhan Cavadov Lənkəranda ezamiyyətdə olub. İsgəndər Cavadovun verdiyi məlumata görə, hazırda yoldadır və meyitin gətirilməsi üçün gedir.
Onun sözlərinə görə, Sübhan Cavadov asma xəstəsi olub. Lakin konkret olaraq onun ölümünün səbəbləri bilinmir. Ehtimal olunur ki, Sübhan Cavadov ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Sübhan Cavadov AFFA-nın Marketinq Departamentində mütəxəssis vəzifəsində çalışırdı.(ans)
Allah rəhmət eləsin!
Teqlər: