ATƏT nümayəndələri Gəncədə

ATƏT nümayəndələri Gəncədə
  20 Sentyabr 2013    Oxunub:1151
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu missiyası Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatında olub.

Görüşdə Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev qonaqlara cənab İlham Heydər oğlu Əliyevin Gəncə şəhər seçki qərargahının fəaliyyəti haqda ətraflı məlumat verib.

Görüşdə oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq işləri, təbliğat-təşviqat kampaniyasının gedişi, eləcə də beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.


Teqlər:  





Xəbər lenti