Borçalı ziyalıları Zəlimxan Məmmədliyə etiraz etdi
Bu sözləri Borçalıdan olan ziyalılar Zəlimxan Məmmədlinin seçkilərdə Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəkləyəcəyi barədə açıqlamasına cavab olaraq bildiriblər.
Onlar AzVision.az-a göndərdikləri bəyanatda bildiriblər ki, Z.Məmmədli son mətbu bəyanatında özünü sığortalamağa cəhd etsə də, onun məhz “Borçalı” cəmiyyətinin sədri statusunda çıxış etməsi səsləndirdiyi mövqeyin siyasi olduğunu və cəmiyyətin siyasiləşdiyini sübut edir.
”Bu yolverilməz haldır. Cəmiyyətin təsisçisi və Ağsaqqallar Şurasının sədri Eyvaz Borçalı Zəlimxan Məmmədlinin son bəyanatına öz kəskin etirazını bildirib. Görkəmli ziyalımız haqqa söykənən mövqeyi Gürcüstan əsilli insanlarımızın çox böyük əksəriyyətinin ürəyincə olub.
Biz aşağıda imza atan Borçalı əsilli ziyalılar inam və qətiyyətlə bəyan edirik ki, cəmiyyətdə təmsil olunan və olunmayan həmyerlilərimizin mövqeyi Zəlimxan Məmmədlinin sərgilədiyi mövqe ilə qətiyyən üst-üstə düşmür. Bu səbəbdən biz “Borçalı” cəmiyyətinin siyasiləşdirilməsinin qəti əleyhinə olduğumuzu bildirir, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkə daxilində apardığı böyük quruculuq işləri ilə yanaşı, Gürcüstanda yaşayan soydaşlarımıza ardıcıl qayğısı və diqqəti sayəsində orada aparılan möhtəşəm işlərə rəğmən qarşıdakı seçkilərdə onun namizədliyini dəstəklədiyimizi bəyan edirik.
Zəlimxan Məmmədliyə isə tövsiyəmiz budur ki, bir fərd olaraq öz siyasi mövqeyini ortaya qoyarkən “Borçalı” cəmiyyətinin sədri statusu ilə çətirlənməsin və cəmiyyətin nizamnamə müddəalarına sayğı ilə yanaşsın”.
Bəyanata aşağıdakı şəxslər imza atıblar:
1. Maqsud Əliyev - Az.MEA həqiqi üzvü
2. Çingiz Qacar - Az.MEA həqiqi üzvü
3. Ramiz Məmmədov - Az.MEA müxbir üzvü
4. Səlahəddin Xəlilov - Az.MEA müxbir üzvü
5. Zəlimxan Yaqub - Xalq şairi
6. Arif Əmrahoğlu - Tənqidçi-fıloloq, AYB-nin katibi
7. Hamlet İsaxanlı – Professor
8. Şəmistan Həsənli – Professor
9. Abdulla Mehrabov – Professor
10. Şəmistan Mikayılov – Professor
11. Hidayət Nuriyev – Professor
12. Tahir Pənahov – Professor
13. Akif Bayramov – Professor
14. Əlişir Musayev – Professor
15. Sahib Musayev – Professor
16. Mədət Çobanov – Professor
17. Kamil Qəhrəmanov – Professor
18. Niyazi Mursaqulov – Professor
19. Vaqif Nəbiyev - Tarix elmləri doktoru
20. Kərəm Məmmədli - Tarix üzrə fəlsəfə doktoru
21. Həsən Vəliyev - Fizika-Riyaziyyat elmləri namizədi
22. Qəzənfər Orucov - Fizika-Riyaziyyat elmləri namizədi
AzVision.az