Nazirlik dərsliklərlə bağlı açıqlama verdi

Nazirlik dərsliklərlə bağlı açıqlama verdi
  22 Sentyabr 2013    Oxunub:1248
Ölkənin ümumtəhsil məktəblərində dərsliklərin çatışmazlığı problemi yoxdur. Lakin bəzi məktəblərin, xüsusilə I sinif şagirdlərinin sayı ilə bağlı verdiyi proqnozlardakı uyğunsuzluqlarla və 6 yaşı dekabrın sonunadək tamam olacaq xüsusi istedadlı uşaqların I sinfə qəbulu ilə əlaqədar, yuxarı siniflərdə isə yerdəyişmə və digər səbəblərdən dərsliklərin çatdırılmasında ləngimələr var və bunu nəzərə almaq lazımdır.
AzVision.az xəbər verir ki, bu barədə Publika.Az-a Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, məsələ az müddətdə həllini tapacaq və nazirliyin nəzarətindədir.

Nazirliyin sifarişi hesabına çap olunan dərsliklər məktəblərə verilir və kodlaşdırılır. Həmin dərslikləri satışa çıxarmaq mümkün deyil və bunun üçün təhsil müəssisələri cavabdehdir.

Təhsil Nazirliyi gələn ildən dərsliklərin bir il öncə hazırlanması və yerlərə çatdırılması işinin təmin olunmasını nəzərdə tutub. Bu da təhsil müəssisələrinin dərsliklərlə vaxtında və daha keyfiyyətli təmin olunmasına şərait yaradacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti