Aztəmanatlı ailələrə məktəbli forması verilir

Aztəmanatlı ailələrə məktəbli forması verilir
  23 Sentyabr 2013    Oxunub:1383
Təhsil müəssisələrində rus dili fənninin dərs saatları artırılmayacaq.
Bu barədə Təhsil Nazirliyi Azvision.az-ın sorğusunu cavablandırarkən məlumat verib. Bildirilib ki, rus dili ümumi təhsil müəssisələrində tədris olunan xarici dillərdən biridir. Hazırda tədris planlarında bununla bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb.

Eyni zamanda nazirlik bildirib ki, icra hakimiyyəti aztəminatlı ailələrin övladlarına pulsuz məktəbli forması verir: “Rayon və şəhərlərdə icra hakimiyyəti orqanları (nümayəndəlikləri) tərəfindən aztəminatlı ailələrdən olan müəyyən uşaqlara pulsuz məktəbli forması verilir”.

Nazirlik 2013/2014-cü il tədris ilində dərsliklərin azaldılması məsələsinə də aydınlıq gətirib. Qeyd olunur ki, dərsliklər tədris planında nəzərdə tutulan fənlər əsasında hazırlanır və bu fənlərdə azalma nəzərdə tutulmadığından dərsliklərin azaldılması da gözlənilmir.

Nihadə


Teqlər:  





Xəbər lenti